Bərdə rayonunda toyda qız evi ilə oğlan evi arasında dava düşüb.
 
BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən Nəşricahan şadlıq sarayında, rayonun Gərənə kənd sakini Məmmədov Müşfiq Allahverdi oğlunun toy mərasimində qeydə alınıb.
 
İlkin məlumatlara görə hadisə toyda oynamaq üçün musiqi sifarişi üstündə baş verib. Qız evi ilə oğlan evi arasında baş verən davada gənclər bir birinə xəsarət yetiriblər. Təxminən 20-ə yaxın gəncin iştirak etdiyi kütləvi davada 6 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki , dava səbəbindən Müşfiq və Arzunun toyu yarımçıq dayandırılaraq vaxtından əvvəl başa catıb.
 
BAKU.WS