SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə hərbi çevrilişə cəhd olan gecə əcnəbi bəy öz toyuna gələ bilmədiyindən gəlin ən önəmli gününü həyat yoldaşı olmadan yola verib. 
 
BAKU.WS xəbər verir ki, hava limanında bütün uçuşalr təxirə salındığından ingiltərəli bəyin təyyarəsi gecikib. Beləliklə Bursanın Orhaneli rayonunda Conoton Fosteri gözləyən gəlin İlham Bayram qonaqları təkbaşına qarşılayıb. 

"Çox sevsəniz havalara girər, havada qalır. Conoton da havada qaldı", - deyə gəlin özünü sındırmayıb.

Toyu bəysiz yola verən İlham Bayram ilk rəqsini də qardaşı oğlu ilə edib. Yalnız toyun sonuna çatan bəy isə bir neçə dəqiqə sonra İngiltərəyə qayıdıb. 

"Çevriliş cəhdi bizim toyumuza belə təsir etdi”, - deyən İlham Bayram bir neçə gündən sonra ərinin dalınca Londona gedəcəyini bildirib.
 
BAKU.WS