SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Ağır Cinayətlər Məhkəməsində Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədərək dörd nəfərin ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Vəkil bildirib ki, Elşad Kəlbəliyev hadisəni törədərkən sərxoş olmayıb.

Amma istintaq materialında göstərilib ki, guya Elşad həmin vaxt sərxoş olub. Hadisədən bir neçə saat sonra Elşad Kəlbəliyev ekspertizaya göndərilib və onun qanında spirtli maddə aşkar edilməyib. "Xüsusilə nəzərə alınmalıdır ki, E.Kəlbəliyevdən qan və digər analizlər dərhal götürülüb".

Prosesdə son söz deyən E.Kəlbəliyev də məhkəmədən ədalətli qərar qəbul etməyi istəyib.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Kəlbəliyev 2 il nəqliyyat iddarə etmək qadağan olunmaqla 9 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında E.Kəlbəliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, bu il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini E.Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyev və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib.

Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.

Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.

BAKU.WS