SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bu gün 3 saylı Şəhər Klinik Xəstəxanasında 17.06.2016-cı il tarixdə Bakı şəhəri Suraxanı rayonu Heydər Əliyev prospektində 171 saylı marşrut xətti üzrə xidmət göstərən "Daewoo" markalı avtobus və "Shacman" markalı yük avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verən ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alanları ziyarət edib.
 
BAKU.WS xəbər verir ki, diirektor yaralılara baş çəkib, həkimlərdən onların səhhəti ilə bağlı məlumat alıb. 
 
Qeyd edək ki, hadisə zamanı 21 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hazırda xəstəxanada müalicəsi davam etdirilən xəstələrin vəziyyəti stabildir. Bakı Nəqliyyat Agentliyi məsələni sonacan diqqətdə saxlayacaq.
 
BAKU.WS