SİZİN REKLAM BURADA!
055 213 76 73



İyulun 15-də Türkiyədə hərbi qiyam zamanı Ərdoğanın öldürülməsi ilə bağlı hazırlanan planın detalları açıqlanıb.

BAKU.WS xəbər verir ki, çevrilişə cəhd edilən gecə Mərmərədəki Dalaman Hava Limanından qalxan prezidentin təyyarəsini vurmaq istəyiblər. Amma Prezidentin köməkçisi Əli Yazıçının israrla təyyarənin koordinatını istəməsi mühafizəni şübhələndirib və Ərdoğan xilas olub. Belə ki, Prezidentin qaldığı otelin vurulacağı haqqında kəşfiyyat məlumatlarından sonra Ərdoğan Ankaraya getməyi qərara alır. Bu məsədlə prezidentin şəxsi təyarəsi uşuşa hazılanır. Ancaq 1-ci Ordu Komandanı Ümid Dündar hazıda Ankaranın etibarlı olmadığını və Beştepedəki Prezident iamətgahının mühasirəyə alındığını və İstanbulun daha təhlükəsiz olduğunu bildirib. Bu xəbərdarlıqdan sonra Prezident təyyarəsinin uçuş koordinatları dəyişdirilib.

Bundan duyuq düşən Əli Yazıçı mühafizəyə zəng edərək israrla Prezidentin təyyarəsinin uçuş koordinatlarını tələb edir. Polkovnik Əli Yazıçının bu tələbi mühafizənin şübhələrini daha da artırıb və koordinatların bəlli olmadığını bildiriblər. Prezidentin təhlükəsizliyinin təmin olunmsı üçün 1 nömrəli təyyarə radarlarda Türk Hava Yollarına məxsusu 8456 saylı reyslə uçan sərniçin təyyarəsi kimi göstərilib. Bundan başqa izi azdırmaq üçün eyni vaxtda daha iki təyyarə havaya qalxıb. İstanbul Atatürk Hava limanına yaxınlaşdıqda isə qiyamçıların ələ keçirdiyi 2 ədəd F-16 Ərdoğanın olduğu təyarəyə təzyiq göstərməyə başlayıb. Dərhal Eskişehir 1-ci Hərbi Hava Bazasından havaya qalxan 2 ədə F-16 qiymaçıları təyyarəən uzaqlaşmağa vadar edib. Bir müddət havada dörə vuran Ərdoğanın təyyarəsi hava limanı xalqın nəzarətinə keçdikdən sonra eniş edib.

Qeyd edək ki, həbs olunanlar arasında Ədoğanın köməkçisi Əli Yazıçı da var.