SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ötən gecə Türkiyədə baş verən qiyam zamanı Rəcəb Tayyib Ərdoğanın həbs edilməsi ilə ilə bağlı hərbçilərin hazırladıqları planın detalları açıqlanıb. 

BAKU.WS Türkiyə mətbuatəna istinadən xəbər verir ki, qiyam zamanı Ərdoğanın həbs edilməsi Türkiyənin ən güclü xüsusi təyinatlısı hesab olunan "Bordo berelilər"ə həvalə olunub. Bu məqsədlə Prezidentin istirahət etdiyi Mərmərədəki otelə Polkovnik Zeki Göçmenin rəhbərliyi ilə 40 əsgər göndərilib.

Amma beynəlxalq təlimlərdə dəfələrlə bir çox ölkənin xüsusi təyinatlısını məğlub edərək birincilik qazanan "Bordo bereli"lər Ərdoğanın mühafizəsinə bata bilməyib. Bir neçə uğursuz cəhddən sonra xüsusi təyinatlılar bazaya qayıdıblar. 

Bu gün Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı hücumda iştirak edən əsgər və zabitlərin hamısı həbs edilib.
 
BAKU.WS