SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İrəvanın Erenburi rayonunda polis alayınının binasına olan silahlı basqın nəticəsində ölən olub. ANS PRESS-in məlumatına görə, bu barədə "Erkir Media" telekanalı məlumat yayıb. Silahlı insident nəticəsində bir neçə nəfər də yaralanıb. 

Yerli mətbuatın məlumatına görə, İrəvanın polis rəisinin müavini Valeri Osipyan da girovlar arasındadır. Binanın ərazisinə xüsusi təyinatlılar gətirilib. Ermənistanın polis rəisi Vadimir Qasparyan da ərazidədir. 

Bundan başqa binanı zəbt edən müxalif qüvvələr silahlı qiyamın da başladığını elan ediblər. TASS-ın məlumatına görə, bu barədə hücumun təşkilatçılarının açıqlamasında qeyd edilir. 

Təşkilatçılar Ermənistanda vəziyyəti silahlı qiyamla dəyişmək niyyətində olduqlarını elan ediblər. "Biz artıq İrəvanda polisin əsas bazalarından birini ələ keçirmişik və Erebuni kvartalına nəzarət edirik". 
 
BAKU.WS