SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda mənzildə qadın meyiti aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nizami rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Mənsurova Soltan Muxtar qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

BAKU.WS