SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda gəlinlik paltarlarını qəsdən məhv edən şəxsin  şəxsiyyəti müəyyən edilib, cinayətin sifarişçisi tutulub.

BAKU.WS Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Bakı şəhər sakini S.Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışmış məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv edən şəxsin paytaxt sakini Xalıq Həşimzadə olması müəyyən edilib.

Hadisəni sifariş edən Bakı şəhər sakini Leyla Ağayeva tutulub.
 
BAKU.WS