SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Almaniyalı model Qina Liza-Lohfinki zorlamaqda günahlandırılan Azərbaycan millisinin hücumçusu Pərdis-Fərcad Azadın məsələsində yeni məlumat yayılıb.

BAKU.WS "Qafqazinfo”-ya istinadən məlumat verir ki, Gina-Liza Pərdis-Fərcad Azadla həmin hadisədən sonra görüşüb və yenə də birlikdə olublar. Həmin görüşdə Almaniya milli komandasının və "Bavariya”nın müdafiəçisi Jerom Boatenq də iştirak edib.

Qeyd edək ki, Gina-Liza Lohfink 2012-ci ildə Berlin məhkəməsinə müraciət edərək bildirib ki, Pərdis Fərcad-Azad və Sebastian adlı şəxs onu zorlayıb. Növbəti məhkəmə prosesi 27 iyun tarixində keçiriləcək.
 
BAKU.WS