SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mayın 19-da axşam saatlarında Bakı küçələrində "KIA” markalı avtomobillə "avtoş”luq edən və nəticədə 20-yə yaxın polisin güclə zərərsizləşdirdikləri 23 yaşlı tələbə Nicat Abdullayev gündəmdən düşmür. Hər keçən gün onun  barəsindəki iddiaların sayı artmaqdadır. 

Mayın 20-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzası alan N. Abdullayevin bu qədər də gündəmdə qalmasına əsas səbəb onun məmur oğlu olması ilə bağlı gəzən söz-söhbətlərdir. Onun Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi Nurpaşa Abdullayevin oğlu olduğu deyilir. Maraqlıdır ki, nazirlik indiyə qədər səslənən ittihamlarla bağlı bir açıqlama belə verməyib. Oğlunun qanun pozuntusu ilə gündəmə gələn atanın 3-cü mikrorayon bazarının sahiblərindən biri olduğu da üzə çıxıb. Bu isə onun vəzifəsindən uzaqlaşdırılacağı şayiələrini gündəmə gətirib. 

XİN-in bu məsələdəki susqunluğuna son qoymaq üçün qurumun mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat katibi Hikmət Hacıyev ittihamlara belə cavab verdi: "Bizdə elə bir məlumat yoxdur. Bununla əlaqədar Dövlət Yol Polisinə müraciət etməyinizi xahiş edirəm. Hər bir şəxs yol hərəkət qaydalarını pozursa, onun bununla bağlı məsuliyyəti var. Bu barədə Dövlət Yol Polisi də açıqlama verib”.

Qeyd edək ki, gənc "avtoş”un bu ilk həbsi deyil. Ərköyün böyüdüldüyü deyilən Abdullayev indiyə qədər üç dəfə məhkəməyə cəlb olunub. 

Musavat
BAKU.WS