SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, avtomobil yolunu keçən 2011-ci il təvəllüdlü Əlizadə Nuray Elman qızını vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və alın sümüklərinin sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS