SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yakutstkda sərbəst güləş üzrə Rusiya çempionatı zamanı Olimpiya yığmasının üzvləri arasında dava düşüb.
 
BAKU.WS-in məlumatına görə, Xüsusi Təyinatlı Polis Dəstəsinin müdaxiləsindən sonra dava kütləvi toqquşmaya çevrilib.
 
Dağıstanlı güləşçi İsmayıl Musukayev rəqibi Viktor Lebedevə məğlub olduqdan sonra əsəblərini cilovlaya bilməyib. Rəqibi ilə mübahisədən sonra dava böyüməyə başlayıb. 
 
Davadan sonra çempionat müvəqqəti dayandırılıb. Kütləvi dava sakitləşdikdən sonra yarış davam etdirilib. 
 
BAKU.WS