SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nəsimi rayonu ərazisində güclü yanğın baş verib.

BAKU.WS xəbər verir ki, hadisə Nəcəf Bəy Vəzirov küçəsi ilə İlqar İsmayılov küçəsinin kəsişməsində yerləşən məişət tullantıları olan ərazidə qeydə alınıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Alovun qarşısı alınıb və yanğın qısa zamanda söndürülüb. Sakinlərin verdiyi məlumata görə, yanğın olan yerdə qaraçılar məskunlaşıbmış. Yanğını da onlar ehtiyatsızlıqdan törədiblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO