SİZİN REKLAM BURADA!
055 213 76 73


Füzulidə sərhədi pozmağa cəhd edən şəxs saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzi məlumat yayıb.

DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Aşağı Yağlıvənd kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində dövlət sərhədini pozaraq qanunsuz yolla İrana keçməyə cəhd edərkən bir nəfər Azərbaycan vətəndaşı 1981-ci il təvəllüdlü Abdurəhmanov Azər Fərrux oğlu sərhəd pozucusu qismində saxlanılıb.

Araşdırma zamanı A.Abdurəhmanovun əvvəllər dəfələrlə məhkum edildiyi, qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana narkotik vasitələr gətirmək məqsədilə ilə dövlət sərhədini keçmək niyyətində olduğu müəyyənləşdirilib.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan ərazisinə hərəkət edən iki naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki bağlamanı ataraq havanın qaranlıq, ərazinin isə meşəlik olmasından istifadə edərək geriyə qaçıblar.

Ərazi dərhal qapadılaraq keçi­ril­miş axtarış təd­birləri nəticəsində bir ədəd çantanın içərisində ümumi çəkisi 8 kiloqram 555 qram narkotik vasitəyə (7550 qram tiryək, 1005 qram heroin və 5000 ədəd metodon-40 həbi) oxşar maddə aşkar olunaraq götürül­üb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BAKU.WS
QALEREYA