SİZİN REKLAM BURADA!
055 213 76 73


Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun bir neçə küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

BAKU.WS
QALEREYA