SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyi (DİN) martın 18-də qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BAKU.WS "Azərtac"a istinadən xəbər verir ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 42 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış doqquz cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 53 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

BAKU.WS