113 nömrəli marşrutda problemlər: sərnişinlər narazıdır
113 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı sərnişinlər narazıdır.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Qara Qarayev metrosu ilə Əmircan qəsəbəsi istiqamətində işləyən marşrutda bir sıra problemlər var.
Sərnişinlərin sözlərinə görə, avtobuslarda oturacaqların bir hissəsi sınıqdır, salon isə antisanitar vəziyyətdədir. Eyni zamanda, interval vaxtlarının 15–20 dəqiqə olması və gün ərzində bir neçə avtobusun yolda xarab qalması əlavə çətinlik yaradır.
Sərnişinlər problemin aradan qaldırılması üçün aidiyyəti qurumların tədbir görməsini istəyirlər.
Oxşar xəbərlər
Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı
9 ay öncə həbs edilən kikboks üzrə tanınmış məşqçi Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimli azadlığa buraxılıb. BAKU.WS xəbər verir ki, bu barədə eksklüz...