Azərbaycanda tələbə vəfat etdi - SƏBƏB açıqlandı
"Aysun Zöhrab qızı Teymurova bizim sabiq tələbəmiz olub. O, iki il əvvəl universitetdən xaric olunub".
BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Tədris və elmi işlər üzrə direktor müavini Seymur Süleymanov verib.
O qeyd edib ki, A.Teymurova səhhətindəki problemlə bağlı dərsə gələ bilmirdi.
"Mənə bildirildi ki, Aysun xanım onkoloji xəstəlikdən əziyyət çəkirdi. 2024-cü ilin mart ayının 1-də səhhətindəki problemlə əlaqədar universitetdən xaric olunub. Həmin vaxt ikinci kursda təhsil alırdı", - deyə S.Süleymanov vurğulayıb.
*** 09:36
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbəsi Aysun Zöhrab qızı Teymurova vəfat edib.
BAKU.WS xəbər verir ki, o, dünən dünyasını dəyişib. Bu barədə universitetin rəsmi feysbuk səhifəsində bildirilib.
A.Teymurovanın hansı səbəbdən vəfat etdiyi məlum deyil.
Oxşar xəbərlər
Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı
9 ay öncə həbs edilən kikboks üzrə tanınmış məşqçi Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimli azadlığa buraxılıb. BAKU.WS xəbər verir ki, bu barədə eksklüz...