11-ci sinif şagirdi məktəbdə xəsarət aldı
Bakıda 175 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) mayın 14-də pəncərədən yıxılıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Qeyd olunub ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb.
"Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Vətəndaşa 26 min manat qaz borcu yazıldı: Məhkəmə qərarı icra olunmur
Baku TV-nin qaynar xəttinə müraciət edən Ramil Məmmədov iddia edir ki, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ona 26 min manat məbləğində cərimə yazılıb. Vətə...