SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstandan Azərbaycana xeyli sayda dərman keçirmək istəyən şəxs saxlanılıb.

Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Komitəsindən bildiriblər. Qeyd olunub ki, ilkin sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildirib:

"Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildirib.

Baxış zamanı yük nəqliyyat vasitəsinin salonunun yuxarı hissəsində olan boşluqlarda və yataq yerində söykənəcəyin arxasında gizlədilən 19 adda 313 qutu dərman preparatları aşkarlanıb".

BAKU.WS