SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Dövlət Yol Polis İdarəsinə məxsus ekologiya postu yaxınlığında qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1991-ci təvəllüdlü Əhədzadə Ziya Əliniyaz oğlu, 1979-cu il təvəllüdlü Rəhmanova Elnarə Nadir qızı və onun 17 yaşlı övladı Şirinzadə Rəksanə Anar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı E. Rəhmanovaya qabırğaların sınığı, R. Şirinzadəyə isə sol bud sümüyünün sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS