SİZİN REKLAM BURADA!
055 213 76 73


Beyləqan rayonunda avtomobil dörd piyadanı vurub.

BAKU.WS Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Beyləqan rayonunun 2-ci Şahsevən kəndi ərazisində “Renault” markalı avtomobillə yolun kənarında dayanmış dörd piyada vurulub.

Noyabrın 6-da saat 19 radələrində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi ərazisində şəhər sakini X.Hüseynov idarə etdiyi “Renault” markalı avtomobillə yolun kənarında dayanmış Rasim Rufullayevi, C.Musayevi, Qismət Əliyevi və oğlu Hikməti vurub.

Nəticədə, R.Rufullayev, Q.Əliyev və Hikmət aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

BAKU.WS