VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 63 nəfər həlak olub, onlardan 18-i qadın, 8-i uşaq olub.

293 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-si uşaq olub. 2072 yaşayış evinə, 90 çoxmərtəbəli binaya və 388 mülki infrastruktur obyektlərinə külli-miqdarda ziyan dəyib.

BAKU.WS