10 min manatdan çox aliment borcunu ödəməyən şəxs həbs edilib

10 min manatdan çox aliment borcunu ödəməyən şəxs həbs edilib
Hadisə 133

10 min manatdan çox aliment borcunu ödəməyən Saatlı sakini həbs edilib.

BAKU.WS "Trend"ə istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin üzərinə 2018-ci ildən etibarən 2010-cu və 2015-ci il təvəllüdlü övladlarının hər birinə 80 manat olmaqla, cəmi 160 manat məbləğində alimentin ödənilməsi ilə bağlı məsuliyyət qoyulub.

O, üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Saatlı Rayon Məhkəməsinin 2022-ci il tarixli qərarı ilə 15 gün, 2024-cü il tarixli qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunub.

İcra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirib. Şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən tarixədək 10 637.65 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxsə ödəməyib.

Saatlı Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Son xəbərlər