Maliyyə Bazarlarına Nəzarət Palatası devalvasiya nəticəsində yaranan problemli kreditlərlə bağlı yeni məlumat yayıb.

BAKU.WS xəbər verir ki, Palata problemli kredit məlumatlarının sorğulanması sistemini işə salıb. 

İstənilən şəxs kreditlərlə bağlı məlumatları əldə etmək üçün bu linkə daxil ola, boş xanaları dolduraraq lazım olan informasiyanı əldə edə bilər.

Siz, şəxsiyyəti təsdiq edən sənəd, doğum tarixi, mobil nömrə və şifrəni yazaraq kredit məlumatlarınızı sorğulaya bilərsiz. 

Texniki problemlərlə üzləşənlər Maliyyə Bazarlarına Nəzarət Palatasınnın "qaynar xətt"inə (966) zəng edərək əlavə məlumatlar ala bilər.  

Şahin
BAKU.WS