Tanınmış müğənni, əməkdar artist Elza Seyidcahan "Azərbaycanın səsi” yarışmasının qalibi, gənc ifaçı Elvin Ordubadlının intihar hadisəsindən yazıb. 
 
BAKU.WS-in məlumatına görə, Elza öz Instagram səhifəsindən mərhum müğənni ilə birgə fotosunu paylaşıb və şəkilin altına belə yazıb:
 
"Elvin? Niyə belə etdin ay elvin?Allah səni bağışlasın.. Yerin cənnətlik olsun".
 
Xatırladaq ki, "Azərbaycanın səsi” yarışmasının qalibi, gənc ifaçı Elvin Ordubadlı dekabrın 25-də intihar edib. E.Ordubadlı Elza Seyidcahanın tələbəsi olub. O, 2014-cü ildə ölkəmizi Tatarıstanda keçirilən "Türkvizyon”da təmsil etmişdi. Elvin "Devlerin yalnızlığı” mahnısı ilə yeddinci olmuşdu.
 
BAKU.WS