Elektrik Stansiyasında başlayan yanğın artıq söndürülüb. Hadisənin stansiyada mazut çənində qeydə alındığı məlum olub.

Məsələ ilə əlaqədar “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev BAKU.WS-ə bildirib ki, yanğın paytaxtda elektrik enerjisinin verilməsində problemlərə səbəb olmayacaq.
“İşıqlar sönməyəcək. Heç bir problem olmayacaq”, - deyə Tanrıverdi Mustafayev bildirib.

***16.41

Bakının Xəzər rayonu ərazisi, Şüvəlan qəsəbəsində yerləşən Elektrik Stansiyasında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə məlumat verilib.


Bildirilir ki, yanğın stansiyanın özündədir. Hazırda hadisə yerinə yanğınsöndürən maşınlar, canlı qüvvə və texnikalar cəlb olunub.

Ziya SƏCCAD
BAKU.WS