Nazirlər Kabineti “Elektrik enerjisindən istifadə Qaydaları”na bir sıra dəyişikliklər edib.

"Report" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər;

Enerji Məsələlərini Tənzimləmə Agentliyi və enerji təchizatı müəssisəsi ilə razılaşdırılmış enerji təchizatı layihəsi;

tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı;

elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti;

kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu;

transformatorun və avadanlıqların sınaq-sazlama protokolu;

elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər aktı;

elektrik sayğacının quraşdırılması aktı sənədləri əsasında keçiriləcək.

BAKU.WS