SİZİN REKLAM BURADA!
055 213 76 73



Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda “Quba Palace Hotel”də baş vermiş bədbəx hadisə ilə bağlı məlumat yayıb.

BAKU.WS-in xəbərinə görə, məlumatda bildirilib ki, ilkin araşdırmalara əsasən, Rusiya Federasiyasının "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb. Hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırmalar aparılır.

BAKU.WS