SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və səfirliyin bütün əməkdaşları iş yerindədirlər". 
 
BAKU.WS-in məlumatına görə, bunu KİV-in sorğusuna cavab olaraq, XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. XİN rəsmisi qeyd edib ki, hazırda Belçikada olan vətəndaşlarımızdan kütləvi yerlərdən kənar durmalarını və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik. 
 
H.Hacıyev əlavə edib ki, NATO-nun mənzil-qərargahında yerləşən Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi təşkilatın tətbiq etdiyi təhlükəsizlik qaydalarına uyğun olaraq fəaliyyət göstərir. 

Xatırladaq ki, Belçikanın paytaxtı Brüsseldə ən yüksək terror təhlükəsi səviyyəsi elan edilib. Ölkənin hüquq-mühafizə orqanları Parisdə baş vermiş terror aktları ilə əlaqədar əməliyyat keçirir.
 
Şahin Həbibov
BAKU.WS