"Mardan Palace" otel şəbəkəsinin sahibi, məşhur iş adamı Telman İsmayılovun oğlu Sərxan İsmayılova məxsus "Rolls - Royce" marka avtomobilə həbs qoyulub.


BAKU.WS-in məlumatına görə, həbs qoyulan avtomobilin qiyməti 2 milyon türk lirəsi civarındadır.

Otel açılışında Monika Belluçi, Şakira və Paris Hilton kimi məşhurların mindiyi "Rolls-Royce" marka avtomobil üçün bir şirkət iddia qaldırıb. 465 min lirəlik borcu almaq istəyən şirkət bahalı avtomobil üçün həbs qərarı çıxartdırıb.

Otelin avtoparkında olan avtomobil dövlət məmurları tərəfindən götürülüb və Antaliyanın Muratpaşa bölgəsindəki bir əraziyə aparılıb. Borc ödənilməyəcəyi təqdirdə "Rolls-Royce" avtomobili hərraca çıxarılacaq.

Şahin
BAKU.WS