VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında vizasız rejimin tətbiqi imkanı istisna deyil.

Bunu Trend-ə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber deyib.

H.Salber qeyd edib: "Vizasız rejim tətbiq edilməzdən əvvəl bir çox məsələlər, o cümlədən texniki məsələlər həll olunmalıdır. Tərəflər bir sıra prosedurları keçməlidirlər. Əgər bütün aprektlər razılaşdırılsa və müəyyən edilsə, Aİ və Azərbaycan arasında vizasız rejim prinsipcə mümkün olacaq".

Xüsusi nümayəndə müvafiq razılaşmanın əldə olunması ilə bağlı dəqiq tarixi deməyib: "Bu məqsədə çatmaq üçün konkret tarix barədə nəsə demək hələ çətindir. Tərəflər belə imkana baxılmasının erkən mərhələsindədirlər. Lakin bu perspektiv istisna edilmir".

H.Salber Aİ ilə Azərbaycan arasında münasibətləri kifayət qədər geniş və hərtərəfli adlandırıb.

Onun sözlərinə görə, ikitərəfli münasibətlər əvvəlki illərlə müqayisədə ən yüksək səviyyədədir: "Tərəflər arasında yeni saziş siyasət, ticarət və energetika sahələri daxil olmaqla, əməkdaşlığın müxtəlif aspektlərini əhatə edir”.

Diplomat yeni saziş üzrə danışıqların bu il başa çatacağına ümid etdiyini bildirib: "Yeni saziş gələcək əməkdaşlıq üçün möhkəm və əlverişli baza yaradacaq”.
 
BAKU.WS