SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Son qanuna dəyişikliklərdən sonra Mərkəzi Bankın kapitalının formalaşdırılması, kapital çatışmazlığının ödənilməsi mexanizminin təkmilləşdirilərək Mərkəzi Banka müstəqillik verilib. Bundan sonra kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək. Əvvəllər MB öz ehtiyyatlarını dövriyyədə olan pulun 15%-lik kvotası əsasında formalaşdırırdısa, dəyişikliklərə əsasən, bu tələb ortadan qaldırılıb". 
 
BAKU.WS-in məlumatına görə, bu barədə Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev söyləyib. Onun sözlərinə görə, manat resurslarının həcminin artırılması ilə bağlı ssenarinin əsas tərkib hissəsindən biri kimi kapital ehtiyyatlarının formalaşdırılmasında MB-yə sərbəstlik verilməsinin müsbət təsiri olacaq. 
 
A.Quliyev əlavə edib ki, MB xərclədiyi valyuta rezervlərinin yerini doldurmaq üçün alternativ vasitələri işə salacaq ki, bu da ehtiyyatların azalmasını dayandırmaq üçün mühüm fayda verəcək. Bu siyasət həm də ölkədə dollar ajiotajının səngiməsinə ciddi təsir edəcək.  
 
Hazırda Azərbaycan hökuməti maliyyə bazarlarında baş verən prosesləri daim diqqətdə saxlayır və buna uyğun adekvat tədbirlər həyata keçirir. 2016-ci ilin döclət büdcəsi layihəsinə əsasən, gələn il xarici valyutada ifadə olunan büdcə daxilolmalarının və xərclərinin hesablanması üçün manatın ABŞ dollarına nəzərən məzənnəsi indiki həddə (1 dollar= 1,05 manat) nəzərdə tutulub.
 
Manatın məzənnəsinin sabit qalmasında neftin qiyməti mühüm rol oynayır və 2016-cı ildə neftin bir barelinin büdcədəki qiyməti 50 dollar hesablanacaq ki, bu da milli valyutanın sabitliyinin təmin olunmasında mühüm rol oynayacaq. Bundan əlavə, MB öz resursları hesabına tənzimləyici addımlar atmaqla manatın dollar qarşısında ucuzlaşmasının qarşısını almağa çalışacaq.
 
ŞAHİN Həbibov 
BAKU.WS