SİZİN REKLAM BURADA!
055 213 76 73



Manatla olan pulunu dollara çevirmək istəyən paytaxt sakini "Turan Bank"a üz tutsa da bu, mümkün olmayıb. Daha doğrusu, pulunu yalnız bank tərəfindən müəyyən olunan həddə qədər dəyişə bilib. 

Sözügedən bank vətəndaşın manatını 100 dollara bərabər hissəsini mübadilə edərək ona təqdim edib. Bununla yanaşı, bu prosesin həyata keçirilməsi üçün şəxsiyyət vəsiqəsi tələb olunub. Bankdan bildirilib ki, valyuta mübadiləsi 16:00-da dayandırılır. 

Qeyd edək ki, son günlər "qara bazar"da dollar 1.81 manata bərabər olduğu deyilir. Xatırladaq ki, manatın yenidən devalvasiyaya uğrayacağı barədə xəbərlər gündəmdədir. Belə ki, ilin sonuna qədər dolların yenidən yüksələcəyi deyilir. Bununla əlaqədar olaraq insanlar banklara üz tutaraq əllərində olan manatı dollara çevirmək istəyir. Nəticədə ölkədə fəaliyyət göstərən 23 bankın dollar satışını dayandırdığı deyilir. (islamazeri.az)