VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfər proqramı açıqlanıb.

"Report" "Press TV"yə istinadən xəbər verir ki, bu barədə İran Prezident Administrasiyası İnformasiya və Kommunikasiya şöbəsinin rəis müavini Pərviz Esmaeli məlumat verib. 

Onun sözlərinə görə, H.Ruhani avqustun 7-də Azərbaycana səfər edəcək: "İran prezidentinin həmin gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Görüşdə iki ölkə arasında altı ay bundan əvvəl Tehranda imzalanmış 11 saziş və memorandumun icrası, müxtəlif sahələrdə, xüsusilə ticarət, sənaye, enerji və mədəniyyət sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılacaq". 

P.Esmaeli deyib ki, H.Ruhani Azərbaycana səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə də görüşəcək. 

İran prezidentinin avqustun 8-də Azərbaycana səfəri başa çatacaq. 

Qeyd edək ki, avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüş keçiriləcək. Görüşdə ticarət, energetika, telekommunikasiya, ətraf mühit, nəqliyyat, terrorizmlə mübarizə və narkotik maddələrin daşınmasının qarşısının alınması sahələrində üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir. 
 
BAKU.WS