Avqustun 3-də Rio-de-Janeyrodakı Olimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Mərasimdə Azərbaycan nümayəndə heyətinin üzvləri, idmançılarımız, XXXI Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimi avqustun 5-də yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 03:00-da) başlayacaq. Mərasimi dünyada təxminən bir milyard televiziya tamaşaçısı izləyəcək.