Almaniya Bundestaqı 1915-ci il hadisələrini soyqırımı kimi tanıyıb.
 
BAKU.WS xəbər verir ki, Almaniya Bundestaqı qondarma erməni "soyqırımı" ilə bağlı qətnaməni qəbul edib. Bu qərardan sonra ermənilər Almaniya parlamentinin binası qarşısına yığışıblar.
 
Bina qarşısında rəqs edən ermənilər azərbaycanlı bəstəkar Fikrət Əmirovun "Qarabağ" musiqisi sədaları altında yallı oynayıblar. Azərbaycan musiqisini milli musiqiləri kimi təqdim edən ermənilər Bundestaqın qondarma erməni "soyqırımı" ilə bağlı qərarını bayram edib. 

Qeyd edək ki, sözügedən qətnamə "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır. Almaniya Bundestaqında baş tutan səsvermədə kansler Angela Merkel qatılmayıb. 
 
BAKU.WS