Bakıda və Abşeron yarımadasında müşahidə olunan külək nə zaman səngiyəcək?
“Hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsir”.
Bunu “Report”a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, külək axşama doğru zəifləyəcək: “Aprelin 13-ü və 14-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Mülayim cənub-küləyi əsəcək. Havanın maksimal temperaturu 15-20 dərəcə isti olacaq.
Bölgələrdə də aprelin 13-də yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin hava şəraiti ayın 13-ü gündüz bəzi dağlıq ərazilərdə, 14-ü gündüz dağlıq ərazidən başlayaraq, 15-i axşamadək isə bəzi yerlərdə arabir yağıntılı olacaq.
Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal edilir”.
G.Məmmədova qeyd edib ki, havanın maksimal temperaturu Aran rayonlarında 20-25, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacaq.
Oxşar xəbərlər
Bayram günlərində hava necə olacaq?
Bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bi...