Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb

Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb
Sosial 14

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 21-i saat 17:00-a olan məlumatına əsasən Culfa, Ordubad, Neftçala, Beyləqan, Salyan, Balakən, Zaqatala, Şəki, Altıağac, Quba, Xaçmaz, Şabran, Biləsuvar, Ləkəranda, Bakıda və Abşeron yarımadasında yağış, Qusar (Laza), Xınalıq, Qax (Sarıbaş), Qrız, Şahdağda qar yağıb.

Xidmətdən BAKU.WS-ə verilən xəbərə görə, Şimal-qərb küləyi arabir Şəkidə 22 m/s, Naftalanda 18 m/s, Ceyrançöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 13 dərəcəyədək, Aran rayonlarında 14 dərəcəyədək, Naxçıvan MR-da 12 dərəcəyədək, dağlıq rayonlarda 6 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda leysan olub, qar yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA - YENİLƏNİB

Azərbaycanda leysan olub, qar yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA - YENİLƏNİB

Sentyabrın 13-ü saat 15:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Ağdam, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Q...

41 Sosial 16:16 13 sentyabr 2023

Son xəbərlər