SİZİN REKLAM BURADA!
055 213 76 73


Kosmik hava durumuna görə, hesabat dövrü ərzində Günəşin fəallığı artıb.

Bu barədə BAKU.WS-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, hesabat dövrü ərzində geomaqnit sahəsinin aktivliyi fasilələrlə G1 səviyyəsinə kimi yüksəlib və qısa müddətli geomaqnit qasırğaları baş verib. Hazırda Kp indeksi 2,33-ə bərabərdir və kosmik hava sakitdir.

Qeyd edilib ki, Günəş küləyinin sürətinin Yüksək Sürətli Zərrəciklər selinin təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsi bu gün 4 Kp-yə (aktiv) kimi yüksələ bilər. 25 iyulda Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə qeyri-stabil olacağı, 27 iyulda isə yenidən 4 Kp-yə kimi yüksələ biləcəyi proqnozlaşdırılır.

BAKU.WS