SİZİN REKLAM BURADA!
055 213 76 73


İsmayıllı rayonuna yağan dolu təsərrüfatın ayrı-ayrı sahələrinə xeyli ziyan vurub.

BAKU.WS report-a istinadən xəbər verir ki, günorta radələrində İsmayıllı şəhərinə və qonşu kəndlərə leysan yağış və güclü küləklə müşayiət olunan dolu düşüb.

Təbiət hadisəsi nəticəsində əkin sahələrinə, meyvə bağlarına və evlərin dam örtüyünə ziyan dəyib.

Eləcə də rayona elektrik verilişi dayandırılıb.

Küləyin təsirindən bir neçə ağac aşıb, bəzi tikililərin dam örtüyü uçub, elektrik naqilləri və rabitə xətləri qırılıb.

Hazırda rayonda leysan yağışı davam edir.

BAKU.WS
QALEREYA