SİZİN REKLAM BURADA!
055 213 76 73


Təhsil Nazirliyində kadr dəyişikliyi olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmri nazir Ceyhun Bayramov imzalayıb.

Əmrə əsasən, Aqil Həsənov Ağsu Rayon Təhsil Şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, A.Həsənov 2011-ci ildən Ağsu rayon Muradlı kənd tam orta məktəbinin direktoru olub.

Xatırladaq ki, Təhsil Şöbəsinin müdiri Səftər Əlabbasov bir neçə gün öncə vəzifəsindən ayrılıb.

BAKU.WS