SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Hər il olduğu kimi bu il də Təhsil Nazirliyi "8 Mart Beynəlxalq Qadınlar Günü” ərəfəsində məktəblərdə şagirdlərdən pul yığmaq məsələsi ilə bağlı xəbərdarlıq edib.

BAKU.WS-in xəbərində bildirilir ki, "Qafqazinfo”nun sorğusuna cavab olaraq nazirlikdən ümumi təhsil müəssisələrində şagirdlərdən hər hansı bir vəsaitin tələb olunmasının qəti qadağan olduğu qeyd edilib.

Əgər belə fakt olsa, vətəndaşlardan Təhsil Nazirliyinin 146 saylı "Qaynar xətt” xidmətinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur.

Arzu Mirzəyeva
BAKU.WS