SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb

BAKU.WS xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin paytaxtdakı ümumi təhsil müəssisələrində apardığı monitorinqlər nəticəsində qərar verilib.

Belə ki, MÜTDA-nın əmri ilə Bakı şəhəri 39, 153 və 182 nömrəli tam orta məktəblərin direktorları barəsində intizam tənbeh tədbiri görülüb.

Məktəb direktorlarına sənədləşmə, pedaqoji və inzibati heyətin məsuliyyətinin artırılması, metodiki işin təşkili və digər müvafiq istiqamətlər üzrə çatışmazlıqların qısa müddətdə aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verilib.

Qeyd edək ki, səmərəli tədris mühitinin formalaşdırılmasına nail olmaq məqsədilə keçirilən monitorinqlər davamlı xarakter daşıyır.

BAKU.WS