SİZİN REKLAM BURADA!
055 213 76 73


İyulun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. Bu gün, həmçinin I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər informatika fənni üzrə imtahan veriblər.

Dövlət İmtahan Mərkəzinin (DİM) Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədovun "Report"un yerli bürosuna verdiyi məlumata görə, imtahanlar saat 10:00-da başlanıb.

Naxçıvan şəhərindəki 11 və Heydər Əliyev adına tam orta məktəblərdə təşkil olunan imtahanlar 32 zalda keçirilib. İmtahanların keçirilməsinə 5 imtahan rəhbəri və 39 nəzarətçi cəlb olunub, 371 abituriyent iştirak edib. İmtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

BAKU.WS