Dörd məktəbə yeni direktor təyin edilib

09
dek
2022
18:18
Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan 4 məktəbə yeni direktorlar təyin olunub.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Belə ki, Lənkəran rayonunun Havzava kənd A.Əliyev adına tam orta məktəbinə Fikrət Cəfərov, Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyə Səadət Kazımova, Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbinə Aynur Məmmədova, Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbinə isə Elnur Quliyev direktor təyin olunub.
Oxşar xəbərlər
Lisey və gimnaziyalara sənəd qəbulu başa çatıb
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün ərizə qəbulu bu gün saat 17:00-da başa çatıb. Bu barədə BAKU.WS-ə Təhsil Nazirliyindən x...
