SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qafqaz Universitetində bir sıra araşdırma mərkəzləri ləğv edilə bilər.

Bakı Ali Neft Məktəbinin rektoru, "Qafqaz” Universitetinin müvəqqəti idarəçiliyini həyata keçirən Elmar Qasımov Trend-ə bildirib ki, universitetdə bir sıra araşdırma mərkəzləri var ki, onlar bu ali təhsil müəssisəsinin profilinə uyğun deyil: "Həmin mərkəzlər ola bilsin ki, ləğv ediləcək”.

E.Qasımov Qafqaz Universitetindən 50-dək türkiyəli müəllimin azad edilməsi məsələsinə də aydınlıq gətirib. O bildirib ki, türkiyəli müəllimlərin universitetlə əmək müqaviləsinin müddəti başa çatıb:

"Türkiyəli müəllimlərlə bağlanmış əmək müqaviləsinin vaxtı uzadılmayıb və onlar universitetdən xaric edilib. Artıq Qafqaz Universitetində türkiyəli müəllim qalmayıb. Onların yerinə azərbaycanlı müəllimlər işə götürüləcək və gənc mütəxəssislərə üstünlük veriləcək”.
 
BAKU.WS