Ali məktəblərə qəbul imtahanlarının tarixləri elan olundu - QRAFİK
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub.
Bu barədə BAKU.WS-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsi, əlavə tədris və xarici dil imtahanlarının aşağıdakı qrafikə uyğun keçirilməsi planlaşdırılır.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməməsi haqqında avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.
| S/s | İmtahanın adı | Keçirilmə tarixi |
| 1. | - Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi; - Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı; - qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan. | 1 iyul |
| 2. | Bakalavriat səviyyəsinə qəbul imtahanı (II mərhələ), 1-ci cəhd: | |
| III ixtisas qrupu | 14 iyul | |
| II və IV ixtisas qrupları | 15 iyul | |
| I ixtisas qrupu | 27 – 28 iyul | |
Oxşar xəbərlər
Ali məktəblərə müsabiqə şərtləri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) 2021-2022-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə tələbə qəbulunun şərtlərini açıqlayıb. DİM-dən BAKU.WS-ə verilən məlumata g...