Yanvardan maaş artımları ilə bağlı VACİB AÇIQLAMA

Yanvardan maaş artımları ilə bağlı VACİB AÇIQLAMA
Açıqlama
İqtisadiyyat 38

"Bu il üç faiz, növbəti il beş faiz, sonrakı il isə yeddi faiz əməkhaqlarından vergi tutulması olacaq. Əgər bunu əməkhaqqı alan işçilər qarşılayacaqsa, o zaman onların müəyyən maliyyə itkisinə səbəb olacaq".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

O əlavə edib ki, bir çox hallarda bunu idarə və müəssisələrin rəhbərliyi özü ödəyir, çünki Azərbaycanda həm açıq şəffaf əməkhaqqı var, həm də ikinci əmək haqqı var ki, onların çoxu vergidən yayınmaq üçün gizlədilir:

"Həmin proses olmasın deyə, bir çox hallarda işə götürən müəssisə rəhbərləri əməkdaşlrına net maaş verirlər. Misal üçün 1000 manat əməkhaqqı alan şəxs üçün vergi və digər ödənişləri müəssisə rəhbərləri özləri tənzimləyir. Hesab edirəm ki, bu o qədər də böyük təsir edən bir faktor olmayacaq.

Bu il yanvar ayından maaşların yenidən arıtırlması cəmiyyətdə maraqla qarşılanır. Hər il inflyasiya dərəcəsi hesablanır və həmin inflyasiya dərəcəsinə uyğun olaraq növbəti ildə əməkhaqqları bir o qədər artırılır. Amma maaşlar nə qədər artırılsa, ondan təqribən 1,3-1,5 dəfə ərzaq və qeyri ərzaq, habelə daşıma qiymətləri də artır. Pul kütləsi dövriyyədə nə qədər artırsa, qiymətlər bir o qədər yüksəlir və inflyasiyanın miqyası da o qədər böyüyür.

Düşünürəm ki, biz artımı həyata keçirərkən iqtisadi sistemi və istehsalatımızı gücləndirməliyik ki, həmin artımın arxasında dayanıqlı bir valyutamız olsun. Həmin dayanıqlı valyuta vasitəsilə maliyyə alətləri ilə biz inflyasiyanı tənzimləyə bilək. Əks təqdirdə, əməkhaqlarının artması qədər də məhsulların qiymətinin artmasına şahidlik edəcəyik".

Orxan Hüseyn

Son xəbərlər